Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:52

«Texnikumlar appendisit kimi bir şeydir, onları ləğv etmək lazımdır…»


Prezidentin İcra Aparatının şöbə müdiri Fatma Abdullazadə

Prezidentin İcra Aparatının şöbə müdiri Fatma Abdullazadə

Azərbaycanda texnikumların fəaliyyətində dəyişiklik ediləcək. Bu təşəbbüslə oktyabrın 2-də ölkədə təhsil problemlərinə həsr olunan seminarda Prezidentin İcra Aparatının Humanitar məsələlər üzrə şöbə müdiri Fatma Abdullazadə çıxış edib.


«Bu gün texnikumlar Azərbaycan təhsil sistemində appendisit kimi bir şeydir və onları ləğv etmək lazımdır. Belə ki, o, dünya standartlarına cavab vermir» - deyə Abdullazadə bildirib.


Şöbə müdirinin sözlərinə görə, bu sistemdə struktur dəyişikliyi həyata keçirmək və texnikumların kolleclərə dəyişdirilməsinə nail olmaq lazımdır. Bu, bakalavrın birinci pilləsi ola bilər.


Şöbə müdirinin təklifini təhsil naziri Misir Mərdanov tam olaraq dəstəkləyib.


Hazırda Azərbaycanda maddi-texniki bazası standartlara cavab verməyən 200-ə yaxın texnikum və texniki-peşə təhsili məktəblərinin fəaliyyət göstərdiyi bildirilir.


Trend


Günün bütün mövzuları

XS
SM
MD
LG