Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:47

Oğlan, yoxsa, qız?


Oğlanlara üstünlük verilməsi ailə planlaşdırılmasına süni müdaxilə ilə bağlıdır
Oğlanlara üstünlük verilməsi ailə planlaşdırılmasına süni müdaxilə ilə bağlıdır

Valideynlərin çoxunu doğulacaq körpəsinin cinsi çox maraqlandırır. Alimlərsə müəyyənləşdiriblər ki, hər il dünyada daha çox oğlan uşaqları anadan olur, nəinki qızlar. Mütəxəssislər deyirlər ki, bu vəziyyətə son 10 ildə daha çox təsadüf olunur.


Məlum olub ki, körpə oğlanlar Kanada, Amerika, Danimarka, Böyük Britaniya, Almaniya və Yaponiya kimi inkişaf etmiş ölkələrdə daha çox doğulurlar. Beynəlxalq alimlər qrupu daha çox hansı amillərin oğlan və qızların doğumunu şərtləndirməsi faktını öyrənməyə çalışıblar.


Araşdırmanı Harvard İctimai Sağlamlıq Mərkəzinin və İsveçdəki Stokholm Karalinska İnstitutunnun alimləri aparıblar. Onların tədqiqatlarında iştirak edən qadınların əksəriyyətində birinci hamiləlik dövründən ikinci hamiləlik dövrünə qədər çəkiləri artırmış. Alimlər də bu ehtimalın üzərində dayanıblar ki, ikinci hamiləlikdə oğlanlar daha çox doğulur.


Alimlər inkişaf etmiş ölkələrdə qadınların çəkisinin doğulacaq körpənin cinsinə təsir göstərə bilib-bilmədiyini də öyrənməyə çalışıblar. Tədqiqatda məlum olub ki, birinci hamiləlikdən sonra çəkisi artan qadınların daha çox oğlan dünyaya gətirirlər.


Bu arada alimlər xəbərdarlıq edirlər ki, qadınların artıq çəkidə olmaları onların özü və doğulacaq körpə üçün ziyandır.


Oğlan, yoxsa qız sualı Londonun iqtisadi və siyasi elmlər məktəbinin doktoru Satoşi Kanazavanı çox düşündürüb. O, da bir araşdırma aparıb. Alim deyir ki, o ailələrdə ki kişilər kobuddurlar, həmin ailələrdə daha çox oğlan uşağı doğulur. Satoşi Kanazava qəribə paralellik aparıb. Onun fikrincə, bu hal heyvanlarda da müşahidə olunur.


Sataşi Kanazava onu da deyir ki, fiziki cəhətdən güclü kişilərin nəzakətli kişilərə nisbətən daha çox oğlu olur. Hündürboy kişilərin də qısaboylularla müqayisədə daha çox oğlanları doğulur. Qəşəng və zərif qadınlarsa adətən qız dünyaya gətirirlər.


Azərbaycanda ekspertlərsə bu qənaətdədirlər ki, oğlan uşaqlarına üstünlük verilməsi ailə planlaşdırılmasına süni müdaxilə ilə bağlıdır. Valideynlər oğlan övlada daha çox üstünlük verirlər.


Dünya alimləri isə bununla yanaşı iddia edirlər ki, burda əsas rolu harmonal və molekulyar amillər oynayır. Mütəxəssislər vurğulayırlar ki, əsas məsələ oğlan, ya da qız övladın doğulması deyil, əsas məsələ uşağın sağlam dünyaya gəlməsidir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG