Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:42

Avropa Məhkəməsi hakimliyinə təqdim edilmiş namizədlər qəbul olunmayıb


AŞ PA-nın yanvar sessiyasında Azərbaycan yeni namizədlər təqdim etməlidir

AŞ PA-nın yanvar sessiyasında Azərbaycan yeni namizədlər təqdim etməlidir

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Bürosu hüquqi məsələlər və insan haqları üzrə komitənin Azərbaycan da daxil olmaqla beş ölkədən Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) hakimlərin namizədliyini qəbul etməmək təklifini dəstəkləyib.

«Turan»ın məlumatına görə, hakimlərin seçilməsi üzrə altkomitə katibliyinin başçısı Andrey Cemşevski Azərbaycandan olan hakimlərin namizədliklərinin qəbul edilməməsinə səbəb kimi onların qeyri-bərabər imkanlara malik olmalarını göstərib. Qaydalara görə, AİHM-ə təcrübəyə, qabiliyyət və bilik səviyyəsinə görə bərabər imkanlara malik insanlar irəli sürülür.

Azərbaycan hakimiyyəti bu vəzifəyə Avropa İnsan Haqları Məhkəməsində fəaliyyətdə olan 51 yaşlı hakim Xanlar Hacıyevin, Ali Məhkəmənin 43 yaşlı hakimi Zakir Quliyevin və Prezident Aparatı hüquq-mühafizə orqanları ilə iş üzrə şöbənin məsləhətçisi 32 yaşlı Səadət Novruzovanın namizədliyini təqdim etmişdi.


Beləliklə, AŞ PA-nın yanvar sessiyasında hakimləri seçə bilmək üçün Azərbaycan artıq yeni namizədlər təqdim etməlidir. Buna qədərsə Azərbaycandan hakim vəzifəsini səlahiyyət müddəti oktyabrın 31-də başa çatacaq Xanlar Hacıyev həyata keçirəcək.


Hacıyev AİHM-ə 2003-cü ildə 4 il müddətinə seçilib. Məhkəmənin proseduruna əsasən, Assambleya AŞ-ın üzvü olan dövlətin təqdim etdiyi üç namizəddən birini seçir.


Günün bütün mövzuları

XS
SM
MD
LG