Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:42

«Ermənistan və Azərbaycan liderləri güzəştə getmək əzmi nümayiş etdirmirlər»


Müharibə və Sülh İnstitutunun Britaniya bölməsinin redaktoru Tomas de Vaal
Müharibə və Sülh İnstitutunun Britaniya bölməsinin redaktoru Tomas de Vaal

«Ermənistan və Azərbaycan liderləri Qarabağ münaqişəsinin həlli prosesi üzrə artıq əldə olunmuş güzəştlər üçün iradə və cəsarət tapmırlar». Bu barədə Müharibə və Sülh İnstitutunun Britaniya bölməsinin redaktoru, Qarabağ münaqişəsi haqqında «Qara bağça: Ermənistan və Azərbaycan sülh və müharibə prizmasından» kitabının müəllifi Tomas de Vaal bildirib.


«Turan»ın «Armİnfo»ya istinadən yaydığı məlumatına görə, o, münaqişənin tənzimlənməsi perspektivini bədbin qiymətləndirib və bu zaman qeyd edib ki, Ermənistan və Azərbaycan liderləri hədsiz ehtiyatlılıq göstərirlər və öz ölkələrinin ictimaiyyətini problemin mümkün həllinə hazırlamaq istiqamətində heç nə etmirlər.


«Bu vəziyyətin saxlanması etibar olmaması problemini ağırlaşdırır ki, bu da öz növbəsində nizamlanma prosesinin irəliləməsinə imkan vermir. Azərbaycan Dağlıq Qarabağ erməniləri ilə birbaşa dialoq qurmalıdır, Ermənistan tərəfi öz növbəsində açıq bildirməlidir ki, Azərbaycan qaçqınlarının 90%-nin məskəni olan Dağlıq Qarabağ ətrafındakı zəbt edilmiş əraziləri azad edəcək», - deyə Tomas de Vaal bildirib.


O, əlavə edib ki, münaqişənin Dağlıq Qarabağa müəyyən status verilməsi əvəzində ərazilərin qaytarılmasından başqa həllini görmür. Ərazilərin təhvil verilməsi, Dağlıq Qarabağın suveren dövlət statusu alması, Laçın dəhlizinin Ermənistan tərəfində saxlanması - bu, tərəflərin ictimaiyyətlərinin ətraflı müzakirə etməli olduqları məsələlərdir. «Bununla yanaşı, belə bir təəssürat yaranır ki, tərəflərin liderləri artıq razılıq əldə olunmuş məsələlər üzrə dəqiq bəyanatlardan yayınaraq, prosesə qeyri-ciddi yanaşırlar», - deyə müəllif qeyd edib.


Tomas de Vaal: «Ermənistan rəhbərliyinin Levon Ter-Petrosyanın siyasətini xatırlada biləcək addımlara yol verməmək qorxusu əsassızdır. Ermənistan rəhbərliyindən vətənini satmaqda şübhələnmək çətindir. Eyni məntiqə əsasən, öz iqtisadiyyatını sürətlə inkişaf etdirən Azərbaycan rəhbərliyinə güzəştlərə hazırlıq nümayiş etdirmək dəhşətli görünməməlidir. Münaqişəyə son qoymaq üçün güzəştə getməyi bacarmaq lazımdır».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG