Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:10

Elçin Behbudov Ələsgər İsmayılovla görüşəcək


Nektarə İsmayılova atasının ruhi xəstəxanaya yerləşdirilməsini ona qarşı işgəncə kimi qiymətləndirir
Nektarə İsmayılova atasının ruhi xəstəxanaya yerləşdirilməsini ona qarşı işgəncə kimi qiymətləndirir

Sentyabrın 20-də Naxçıvanın Sədərək rayonunda həbs edilmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, ixtisasca həkim Ələsgər İsmayılov səkkiz gün sonra Bakıya gətirilərək Maştağa qəsəbəsindəki 1 saylı Respublika Ruhi Xəstəxanasına yerləşdirilib. İsmayılovun ailəsi bu xəbəri yalnız oktyabrın 1-də günün ikinci yarısında dəqiqləşdirə bilib. Onun qızı Nektarə deyir ki, son bir neçə gündə atası üçün apardıqları yeməyi qəbul etməyiblər. Bu gün isə onun Bakıya aparıldığını öyrənə biliblər. Özü də rəsmi olmayan mənbələrdən.


Nektarə İsmayılova atasının ağır ruhi xəstələr üçün nəzərdə tutulan xəstəxanaya yerləşdirilməsini ona qarşı işgəncə faktı kimi qiymətləndirir. Onun sözlərinə görə, atası çox sağlam adamdır, nəinki psixikasında, 70-ə yaxın yaşı olsa da, orqanizmində heç bir ciddi xəstəliyi yoxdur.


Səhiyyə Nazirliyindən Ələsgər İsmayılovun Naxçıvandan Bakıya hansı əsaslarla və hansı səbəbdən gətirildiyini öyrənmək cəhdlərimiz baş tutmadı. Maştağa Ruhi Xəstəxanasının qəbul şöbəsinə dəfələrlə açdığımız telefon zənglərinə isə yalnız bir cavab aldıq – baş həkim nazirlikdədir. İş gününün sonunda isə xəstəxananın gözətçisi baş həkimin bütün günü yerində olduğunu və bir qədər öncə getdiyini dedi.


İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov artıq İsmayılovun ailəsinin ona müraciət etdiyini deyir. Ərizədə göstərilir ki, Polis Şöbəsinin rəisi onu siyasi baxışlarına görə ruhi xəstəxanaya saldırıb: «Əgər belədirsə, kimlərəsə arxayın olub siyasi baxışlarına görə vətəndaşı dəlixanaya saldıran rəis qanun qarşısında məsuliyyət daşımalıdır».


Behbudov belə praktikaya sovetlər dönəmində dəfələrlə rast gəlindiyini deyir. Bir zamanlar Maştağa Ruhi Xəstəxanasında hüquq məsləhətçisi vəzifəsində çalışan Elçin Behbudov 1986-cı ildə burada analoji olaya rast gəldiyini bildirir. O zaman xəstənin yaxınlarının şikayəti əsasında təkrar müayinə təyin olunub və sözügedən şəxs azadlığa buraxılıb. Xəstəxanada iş praktikası olan Behbudovun sözlərinə görə, orada qalmaq sağlam adamın belə psixikasına təsirsiz ötüşmür: «Sağlam adamı gətirib ruhi xəstələrin arasına saldıqda bu, onun psixikasına ciddi ziyan vura bilər. Bu işi araşdıracağam, ciddi şəkildə tələb edəcəyəm ki, heç bir səbəb olmadan Ələsgər İsmayılovu ruhi xəstəxanaya saldırmış polis rəisi cinayət məsuliyyətinə cəlb edilsin».


Elçin Behbudov oktyabrın 2-də Ələsgər İsmayılovun ailə üzvlərilə bərabər xəstəxanaya gedəcəyini deyir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG