Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:55

İnsanovun vəkili onunla görüşə bilmir


Şahverdi bildirir ki, İnsanovdan xəbər tuta bilmədiklərinə görə narahatdırlar

Şahverdi bildirir ki, İnsanovdan xəbər tuta bilmədiklərinə görə narahatdırlar

Sabiq Səhiyyə naziri Əli İnsanovun vəkili bildirir ki, müdafiə etdiyi şəxs 14 saylı cəzaçəkmə müəssisəsinə köçürüləndən sonra onunla görüşə imkan verilmir. Vəkil Ağaveyis Şahverdinin sözlərinə görə, cəzaçəkmə müəssisəsinin rəhbərliyi hər dəfə müxtəlif bəhanələr gətirməklə görüşə maneə yaradır: «Məsələn, deyirlər ki, baş idarədən məktub gətir, deyirlər ki, başqa order gətir, şəklinin üstündə sarı ləkə var və belə-belə şeylər».


Şahverdi bildirir ki, Əli İnsanovun səhhətində ciddi problemlər var və ondan xəbər tuta bilmədiklərinə görə narahatdırlar.


Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə hesab edir ki, narahatlığa əsas yoxdur, məhkumun səhhəti qaydasındadır. Cənab Sadıqov «Azadlıq» radiosuna açıqlamasında bunu da deyib ki, Əli İnsanovun vəkili ilə görüşünə məhdudiyyət qoyulmayıb, bu, qanunun ziddinə olardı: «Sadəcə, həmin vəkilin sənədləri qaydasında deyildi, sənədlərini qaydasına salan kimi görüşə imkan yaradılacaq».


Sabiq Səhiyyə naziri Əli İnsanov dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq 11 il müddətinə azadlıqdan məhrum edilib. O, bu ittihamları qəbul etmir, bununla belə yuxarı instansiya məhkəmələri də onun şikayətini təmin etməyiblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG