Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:13

Fərəməz Novruzoğlu 14 saylı cəzaçəkmə müəssisəsinə göndərilib


«Nota bene» qəzetinin əməkdaşı Fərəməz Novruzoğlu (Allahverdiyev) Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi Müalicə Müəssisəsindən Bakıdan 50-60 km uzaqda yerləşən Qızıldaş qəsəbəsindəki 14 saylı cəzaçəkmə müəssisəsinin sanitar tibb bölməsinə göndərilib. Bu xəbər «Turan»a Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutundan (RATİ) daxil olub.


Xəbərdə deyilir ki, hazırda qəzetin redaktoru svic (əlavə bağırsaq) xəstəliyindən əziyyət çəkir və vəziyyəti qənaətbəxş deyil. Jurnalistin hazırda cərrahiyyə əməliyyatına ehtiyacı olsa da, mülki həkim Yusif Əliyev onun cəzaçəkmə müəssisəsində əməliyyat olunmasına icazə verməyib.


«Nota bene» qəzetinin əməkdaşı Fərəməz Novruzoğluna qarşı Daxili İşlər naziri Ramil Usubov və Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov tərəfindən Cinayət Məcəlləsinin 147 və 148-ci (böhtan və təhqir) maddələri ilə Nərimanov Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında iddia qaldırılıb. 2007-ci il 30 yanvar tarixində məhkəmə onun 2,6 müddətinə azadlıqdan məhrum edilməsi haqqında qətnamə çıxarıb. Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG