Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:57

«Avropa Şurası Azərbaycan hakimiyyətinə təzyiqi artırmalıdır»


AŞPA rəhbəri Rene Van Der Linden

AŞPA rəhbəri Rene Van Der Linden

«Azərbaycanda həbs olunmuş jurnalistlər problemi Avropa Şurasının gündəliyində daim mövcuddur». Oktyabrın 1-də Strasburqda keçirdiyi mətbuat konfransında AŞPA rəhbəri Rene Van Der Linden «Turan» agentliyinin sualına cavab verərkən bildirib.


AŞ həbs edilmiş jurnalistlərin azad edilməsi üçün hansı addımları ata biləcəyi haqda suala cavabda o, deyib:


«Mən bu məsələyə Azərbaycanda siyasi məhbuslarla bağlı ümumi problemlə birlikdə baxardım. AŞ iştirakçısı olan ölkələrdə siyasi məhbus olması yolverilməzdir. Razıyam ki, AŞ konkret mövqe bildirməli və Azərbaycan hakimiyyətinə təzyiqi artırmalıdır», - deyə Linden əlavə edib. Xüsusən, Azərbaycan rəsmilərinə monitorinq prosedurları vasitəsilə təzyiq göstərilməlidir. Ümumilikdə, Lindenin qeyd etdiyinə görə, yalnız jurnalistlər deyil, heç kim təqsiri sübut olunmadan həbs cəzasına məruz qalmamalıdır.


Linden bildirib ki, bu məsələləri bu həftə Strasburqa rəsmi səfərə gələcək Azərbaycan parlamentinin spikeri Oqtay Əsədovla ətraflı müzakirə edəcək.


«AŞ-nin 2008-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı fəaliyyət planını varmı?» Bu suala cavabda Linden bildirib ki, seçkilərin əsaslı monitorinqini keçirmək nəzərdə tutulur. Bununla yanaşı, müşahidəçilər yalnız seçkilərə göndərilməyəcək, həm də seçkiqabağı vəziyyətə nəzarət edəcəklər.


«Seçkiqabağı missiya ölkədə azad, ədalətli və demokratik seçkilər üçün şəraiti qiymətləndirəcək», - deyə Linden bildirib.


Günün bütün mövzuları

XS
SM
MD
LG