Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:14

Okruaşvilinin tərəfdaşı həbs olunub


İrakli Okruaşvilini sentyabrın 27-də öz partiyasının ofisində tutublar

İrakli Okruaşvilini sentyabrın 27-də öz partiyasının ofisində tutublar

Poti şəhərində Gürcüstan polisi «Vahid Gürcüstan Uğrunda» Hərəkatın regional bölməsinin rəhbəri Malxaz Bukiyanı həbs edib. Həmin hərəkata korrupsiya ittihamı ilə həbs olunmuş sabiq Müdafiə naziri İrakli Okruaşvili rəhbərlik edir.


Hüquq-mühafizə orqanları bildirir ki, Bukiya yalnız siyasi motivlərlə «pərdələnir», əslində isə, o, «narkoman»dır. Onun üzərindən narkotik tapıldığı xəbər verilir. Bukiyanın vəkili isə deyir ki, həbləri gizlicə polis atıb.


Eyni zamanda, naməlum şəxslər «Saakaşvilinin İstefası Uğrunda Ümummilli Hərəkat» birliyinə daxil olan «Azadlıq» partiyasının ofisinə hücum ediblər. Ofisdə pəncərələr və mebel sındırılıb.


İrakli Okruaşvilinin vəkili Eka Beseliya jurnalistlərə deyib ki, hökumət Okruaşvilinin keçmiş müavini-general Levan Nikoleişvilini də həbs etməyi planlaşdırır. Müdafiə Nazirliyinin ordunun təchizatına cavabdeh olmuş bütün yüksək rütbəli məmurları isə axtarışa verilib.


Hökumət tanınmış biznesmen Badri Patarkatsişvilini isə Rusiyaya ekstradisiya etməyəcək. Hakim «Vahid Milli Hərəkat» Partiyasının liderlərindən biri Qiqa Bokeriya bu barədə şayiələri təkzib edib. Patarkatsişvili müxalifət və Okruaşvilini müdafiə edir. O, Boris Berezovskinin keçmiş tərəfdaşıdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG