Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:36

«Bakı-Tbilisi-Ceyhan» neft kəmərinin işi bərpa edilib


«BP Azərbaycan»dan verilən məlumata görə, şirkət sentyabrın 30-u axşam saatlarında «Bakı-Tbilisi-Cehyan» kəməri ilə neft ixracını bərpa edib. «Azəri» və «Çıraq» yataqlarında neft hasilatı tədricən artmaqdadır, hazırda hasilat BTC-nin sentyabrın 28-də dayandırılmasından sonra gün ərzində 60 min barrel göstəricisi ilə müqayisədə 248,4 min barrel təşkil edir.


Azərbaycan neftinin BTC ilə ixracı kəmərin Türkiyənin Qars şəhəri yaxınlığında yerləşən nasos stansiyasında baş verən problemlə əlaqədar olub.


«BP Azərbaycan» «Azəri-Çıraq-Günəşli» yatağının və BTC-nin genişmiqyaslı işlənməsi layihəsinin operatordur.(Trend)



XS
SM
MD
LG