Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:32

Milli Məclisin payız sessiyası başladı


Oktyabrın 1-dən Milli Məclisin payız sessiyası işinə başlayır

Oktyabrın 1-dən Milli Məclisin payız sessiyası işinə başlayır

Bu payız sessiyasında neçə illərdir qəbulu gözlənən «Təhsil haqqında» qanun da daxil olmaqla 26 qanun layihəsinin qəbulu planlaşdırılır. Bunların arasında qanunsuz əldə olunmuş pul vəsaitlərinin, başqa əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həbs yerlərində saxlanan sübhəli və təqsirləndirilən şəxslərin hüquqlarının və azadlıqlarının təmin edilməsi, sülhyaratma əməliyyatlarında iştirak edən hərbi qulluqçuların hüquqlarının təminatı, tikinti fəaliyyəti haqqında qanun layihələri daxildir.


Milli Məclis Katibliyinin sədri Səfa Mirzəyev bildirib ki, 1992-ci ildə qəbul olunmuş «Siyasi partiyalar haqqında» yeni qanunun qəbul edilməsinə ehtiyac var. Bu qanun hakimiyyətlə partiyalar arasında münasibətləri nəzərdə tutacaq.


Seçki Məcəlləsinə dəyişikliklər və əlavələrə gəldikdə isə, payız sessiyası zamanı bu məsələyə baxılmayacaq. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyir ki, indiki Seçki Məcəlləsi normal seçkilər keçirməyə imkan verir.


Parlamentin müxalifətdən olan deputatları isə Seçki Məcəlləsini müzakirəsinə çalışacaqlarını deyirlər.


Müsavat deputat blokunun üzvü Pənah Hüseyn deyir ki, parlamentin iclasında jurnalistlərin həbsi, ordunun sosial vəziyyəti məsələlərini də qaldıracaqlar.


Dövlət büdcəsinin müzakirəsi və qəbulu da payız sessiyasında gözlənilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG