Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:40

Bakıda İnsan Haqları Evi açılacaq


Norveçin İnsan Haqları Evi Fondunun layihə meneceri Ane Bonde

Norveçin İnsan Haqları Evi Fondunun layihə meneceri Ane Bonde

Gələn il Azərbaycanda İnsan Haqları Evi açılacaq. Bu, Norveçin İnsan Haqları Evi Fondunun təşəbbüsüdür.


Fondun layihə meneceri Ane Bonde «Azadlıq» Radiosuna deyib ki, İnsan Haqları Evində onların yerli nümayəndəliyi fəaliyyət göstərəcək. Onlar həm də istəyirlər ki, ofisi olmayan yerli QHT-lər də orda yerləşsinlər.


Xanım Bonde Azərbaycanda İnsan Haqları Evi açmaq niyyətini onunla əsaslandırır ki, son illərdə ölkədə media, sərbəst toplaşmaq azadlıqları daha çox pozulur, məhkəmələr isə qeyri-müstəqil olaraq qalır:


«Bizim missiyamız odur ki, insan haqlarının pozulmasına qarşı mübarizə aparan QHT-lərə dəstək verək. Onları daha yaxşı avadanlıqla, konfrans zalı ilə təmin edək. Bu, həm də onlar arasında əməkdaşlığın gücləndirilməsi, müdafiələrinin daha yaxşı təşkili üçün səmərəli ola bilər».


Ane Bonde bildirir ki, indi Bakıda daşınmaz əmlakın kirayəsi çox bahadır, bir çox QHT-lər bu səbəbdən ofissiz qalıb. Buna görə də onlar İnsan Haqları Evindəki ofis xidmətlərini mümkün qədər ucuz təklif edəcəklər.


Xanım Bonde deyir ki, Norveçin insan haqları təşkilatı özünün Azərbaycandakı fəaliyyətini də genişləndirməyi düşünür. İndi onlar doqquz yerli təşkilatla işləyir, gələcəkdə bu şəbəkəyə bölgələrdən olan QHT-lər də cəlb edilə bilər.


Günün bütün mövzuları

XS
SM
MD
LG