Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:15

Bakıda yol qovşağı və yeraltı keçidlərin açılışı olub


Ziya Bünyadov küçəsi ilə Azadlıq prospektinin kəsişməsindəki yol qovşağı, 29 sentyabr 2007
Ziya Bünyadov küçəsi ilə Azadlıq prospektinin kəsişməsindəki yol qovşağı, 29 sentyabr 2007
Sentyabrın 29-da prezident İlham Əliyev Bakıdakı Ziya Bünyadov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində tikilmiş yol qovşağının 1-ci kompleksinin açılışında iştirak edib.

Kompleksin uzunluğu 653 metrdir, o cümlədən, 293 metri yolötürücü körpüdür, eni 23,4 metrdir. Bütünlükdə 4 zolaqlı yoldur. 1-ci kompleksin ümumi dəyəri 22,1 milyon manatdır. Qovşağı Türkiyənin «YAPILAR» şirkəti 16 ay müddətinə inşa edib.


Qovşağın 2-ci kompleksinin tikintisi davam edir. Hər iki kompleksin ümumi dəyəri birlikdə 39 milyon manat təşkil edir.


İlham Əliyev həmçinin, Bakı-Sumqayıt yolunun üzərində inşa edilən yeni avtovağzalda aparılan tikinti işləri ilə tanış olub.



Bakı-Sumqayıt yolunun üzərində inşa edilən yeni avtovağzal, 29 sentyabr 2007
Dövlət başçısına bu avtovağzalın MDB-də «analoqu» olmadığını bildiriblər. Avtovağzalın tikintisinə 2004-cü ildə başlanıb və 2008-ci ilin birinci yarısında təhvil verilməsi nəzərdə tutulur. Avtovağzal gündə 15-20 min sərnişinə xidmət edəcək, eyni vaxtda avtovağzalda 800-1000 avtobus dayana biləcək. Buradan həm beynəlxalq, həm də daxili reyslər yola salınacaq.

Bundan əlavə, avtovağzalda 95 otaqlı üçulduzlu mehmanxana, 1500 dükan, 1100 avtomobil üçün dayanacaq tikilir. Avtovağzalın ümumi dəyəri 65-70 milyon manatdır.


Azərbaycan prezidenti paytaxtın mərkəzində - Bül-bül prospektində və Rəşid Behbudov küçəsində iki yeraltı keçidin açılışında da iştirak edib.


Birinci keçidi «Akkord» firması tikib. 45 metr uzunluğu və 17 metr eni olan keçidin 4 çıxışında 8 eskalator yerləşdirilib. Layihənin dəyəri bildirilməyib.


Bül-bül prosrektindəki ikinci keçidin uzunluğu 36 metrdir, onu «Sako» firması tikib. Layihənin dəyəri 3,3 milyon manat təşkil edib.


Turan


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG