Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:44

«Seçki Məcəlləsinə prosedura xarakterli dəyişikliklər ediləcək»


Səfa Mirzəyev «Siyasi partiyalar haqqında» qanunun dəyişilməsinin zəruriliyini qeyd edib
Səfa Mirzəyev «Siyasi partiyalar haqqında» qanunun dəyişilməsinin zəruriliyini qeyd edib
«Təhsil haqqında» qanun, demək olar ki, hazırdır. Oktyabrın əvvəlində layihə bir neçə daimi parlament komissiyasının iclasında bir daha müzakirə ediləcək və Milli Məclisin müzakirəsinə veriləcək».

«Turan»ın məlumatına görə, bu barədə payız sessiyasının açılışı ilə bağlı keçirilən mətbuat konfransında Milli Məclis (MM) Aparatının rəhbəri Səfa Mirzəyev bildirib. Onun sözlərinə görə, bu qanun layihəsinə artıq birinci oxunuşda baxılıb. Lakin layihə demək olar ki, yeniləndiyinə görə ona yenidən birinci və növbəti oxunuşlarda baxılacaq.


Mirzəyev həmçinin bildirib ki, ümumilikdə parlament sessiya zamanı maliyyə, iqtisadi, sosial, hərbi, aqrar sahələrə aid 26 qanun layihəsinə baxmağı planlaşdırır. Lakin sessiya zamanı baxılan sənədlərin sayı müəyyən edilmiş planı üstələyə bilər.


Jurnalistlərin suallarına cavab verən Səfa Mirzəyev 1992-ci ildə qəbul edilmiş «Siyasi partiyalar haqqında» qanunun dəyişilməsinin zəruriliyini qeyd edib. Qanunun yeni redaksiyasında beynəlxalq praktikada qəbul edildiyi kimi, hakimiyyət və partiyalar arasında münasibətlər nəzərdə tutulacaq. O, deyib ki, üçüncü çağırış parlamentariləri, yəqin ki, bu məsələni həll etməyi çatdıracaqlar.


Seçki Məcəlləsinə dəyişikliklər və əlavələrə gəldikdə isə, payız sessiyası zamanı bu məsələyə baxılmayacaq. Belə ki, Venesiya Komissiyası özü bu sənədin müzakirəsi üzrə növbəti görüşü təxirə salıb. Doğrudur, SM-ə prosedura xarakterli bir çox dəyişikliklər ediləcək. Xüsusən, seçkilər zamanı şikayətlərə baxılması üzrə komissiya yaradılması nəzərdə tutulur. Ümumiyyətlə, hazırki Seçki Məcəlləsi normal seçkilər keçirməyə imkan verir və bunu təcrübə göstərib», - deyə Mirzəyev bildirib.


«15 oktyabradək, mövcud qanunvericiliyə əsasən, büdcə sənədləri paketi qəbul edilməlidir», - deyə MM Aparatının rəhbəri bildirib. O, həmçinin deputat köməkçilərinin işə qəbulu məsələsinə toxunub. Hələlik təxminən 100 nəfər deputat köməkçisi işə qəbul edilib.


Milli Məclisin payız sessiyası oktyabrın 1-də başlayır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG