Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:44

Bakı Simmonsu məlumatlandırdı


NATO rəsmisi Qəbələ RLS-lə bağlı müzakirələrə heç bir şərh verməyib

NATO rəsmisi Qəbələ RLS-lə bağlı müzakirələrə heç bir şərh verməyib

Azərbaycan Ermənistanda Rusiyanın ikinci hərbi bazasının yaradılması məsələsini NATO Baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmons qarşısında qaldırıb. Bu barədə Simmons özü keçirdiyi mətbuat konfransında bildirib. O, deyib ki, NATO-nun məsələyə mövqeyi belədir ki, Avropada «Adi silahların yerləşdirilməsi» sazişinin bütün müddəalarına əməl olunmalıdır: «NATO bunu gözləyir».


R.Simmons deyir ki, hələ nə NATO, nə də Bakı Azərbaycanın hərbi alyansa üzvlüyünü prinsipial olaraq qaldırmayıb: «Hazırda Azərbaycanla əməkdaşlığımız NATO-ya üzvlüyə yönəlməyib. Əgər gələcəkdə belə bir müraciət olsa, onda indiki əməkdaşlığımız yaxşı zəmin olar».


Xüsusi nümayəndə həmçinin 2008-2009-cu illərdə Azərbaycanla NATO arasında Fərdi Əməliyyat və Tərəfdaşlıq Planının ikinci hissəsi çərçivəsində aparılmalı olan islahatlardan danışıb. O, deyir ki, bu islahatlara Azərbaycanın beynəlxalq əməliyyatlarda iştirak edən qoşun növlərinin standartlara uyğunlaşdırılması, Müdafiə Nazirliyi daxilində struktur dəyişiklikləri, aşağı zabit heyəti üçün təlimlərin keçirilməsi və kommunikasiya vasitələrinin müasirləşdirilməsi daxildir.


NATO rəsmisi Qəbələ RLS-lə bağlı müzakirələrə heç bir şərh verməyib. O, sadəcə bildirib ki, təklif üçtərəfli qaydada müzakirə olunur.


R.Simmons sentyabrın 28-də prezident İlham Əliyev, Müdafiə naziri Səfər Əbiyev, Dövlət Sərhəd Xidmətinin komandanı Elçin Quliyev, Bakıdakı NATO ölkələrinin səfirləri və vitse-spiker Ziyafət Əsgərovla görüşüb.


NATO Baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmons Bakıya sentyabrın 27-i axşam gəlib.


Günün bütün mövzuları

XS
SM
MD
LG