Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:25

Xəzərin statusu ilə bağlı Bakı və Aşqabadın mövqeləri uyğun gəlir


XİN xəbər verir ki, danışıqların növbəti raundu Aşqabadda olacaq

XİN xəbər verir ki, danışıqların növbəti raundu Aşqabadda olacaq

Sentyabrın 25-27-də Bakıda Xarici İşlər Nazirliyində Azərbaycan və Türkmənistanın ekspert qruplarının Xəzərin dibinin orta xətt prinsipi ilə bölünməsi üzrə növbəti iclası keçirilib. Görüşdə iki ölkə xarici işlər nazirlərinin müavinləri - Xələf Xələfov və Xoşgəldi Babayev sədrlik ediblər.


XİN-in mətbuat xidmətindən «Turan»a verilən məlumata görə, iclas zamanı dəniz dibinin bölünməsi üzrə orta xətt koordinatlarının müəyyən edilməsi ilə bağlı fikir mübadiləsi baş tutub, müvafiq normativ-hüquqi sənədlər nəzərdən keçirilib. Danışıqlar zamanı «tərəflərin mövqelərinin uyğunlaşdırılmasına yönələn ümumi yanaşmalar» bəlli olub.


İştirakçılar bu il növbəti görüşü Aşxabadda keçirmək barədə razılığa gəliblər, iclasın tarixi əlavə olaraq dəqiqləşdiriləcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG