Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:16

ABŞ səfirliyinin əməkdaşları Həkimeldostu Mehdiyevlə görüşüblər


Sentyabrın 27-də qonaqlar QHT-lər və siyasi partiya təmsilçiləri ilə görüşüblər

Sentyabrın 27-də qonaqlar QHT-lər və siyasi partiya təmsilçiləri ilə görüşüblər

ABŞ səfirliyinin Naxçıvana ezam olunmuş əməkdaşları sentyabrın 28-də Şərur və Sədərək rayonlarında olublar. Şərur rayonunda onlar «Yeni Müsavat» qəzetinin həbsdən azad olunmuş müxbiri Həkimeldostu Mehdiyevlə görüşüblər. Görüş zamanı jurnalist onlara həbsinin səbəbləri və işgəncələr nəticəsində səhhətində olan problemlər barədə məlumat verib.


Mehdiyevin «Azadlıq» radiosuna bildirdiyinə görə, qonaqlar onun bədənində olan işgəncə əlamətlərini və qardaşlarına məxsus sökülən ticarət obyektlərinin şəkillərini çəkib, həmçinin ailə üzvləri ilə söhbət ediblər.


H.Mehdiyev ona verilən işgəncə və həbsi ilə bağlı aidiyyatı orqanlara şikayət etməyi planlaşdırır. Lakin o, Naxçıvanda şikayətinin obyektiv araşdırılmasına və aldığı xəsarətlərlə bağlı düzgün həkim rəyi alacağına inanmadığını bildirir.


Günün ikinci yarısında isə səfirlik nümayəndələri Sədərək rayonunda AXCP fəalı Ələsgər İsmayılovun ailə üzvləri ilə görüşüblər. Ailəsindən verilən məlumata görə, onlar Ə.İsmayılovun təzyiqlərə məruz qalmasının səbəbləri və onunla bağlı son məlumatlarla maraqlanıblar.


Ə.İsmayılovun harada saxlanması barədə hər-hansı rəsmi məlumata onun ailə üzvləri ilə yanaşı mətbuat və səfirlik nümayəndələri də malik deyillər. Naxçıvan Daxili İşlər Nazirliyindəki etibarlı mənbədən «Azadlıq» radiosuna verilən məlumata görə, AXCP fəalı sentyabrın 27-də nazirliyə gətiriləndən sonra yenidən Ruhi Dispanserə qaytarılıb və hazırda orada tam təcrid olunmuş vəziyyətdə saxlanılır.


Günün bütün mövzuları

XS
SM
MD
LG