Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:00

«ABŞ Naxçıvanda baş verənlərdən narahatdır»


ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik
ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik

ABŞ-ın Azərbaycandakı səfirliyi Naxçıvanda jurnalistin və müxalifət fəalının tutulması haqda xəbərlərdən ciddi narahatlıq keçirir. Bunu «Azadlıq» radiosuna səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin başçısı Conatan Henik bildirib: «Səfirliyin Naxçıvana gedən əməkdaşları hadisələri dəqiqliklə öyrənməyə çalışırlar».


Cənab Henik bildirir ki, bütün informasiyalar dəqiqləşdiriləndən sonra səfirliyin gəldiyi nəticə ictimaiyyətə açıqlanacaq.


Bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasında «Yeni Müsavat» qəzetinin əməkdaşı Həkimeldostu Mehdiyev 15 gün müddətinə həbs edilib. Bir neçə gün saxlandıqdan sonra o, azadlığa buraxılıb. Həbs edilən AXCP fəalı Ələsgər İsmayılovun isə harada saxlandığı dəqiq bilinmir. «Azadlıq» radiosunun Naxçıvandakı mənbələri onun Muxtar Respublikanın Ruhi Dispanserində saxlandığını bildirir. Xəstəxana onu rəsmi qeydiyyata almadığından İsmayılovun yerini müəyyən etmək çətinləşib.


Sentyabrın 27-də ABŞ səfirliyinin əməkdaşları Naxçıvana gediblər. Onlar Muxtar Respublikada son günlər insan haqlarının pozuntusu faktları ilə bağlı araşdırma aparacaqlar.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG