Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:11

Beynəlxalq Mətbuat İnstitutu hakimiyyəti həbs edilmiş jurnalistləri azad etməyə çağırır


Dünyanın 120 ölkəsindən redaktor və aparıcı jurnalistləri birləşdirən Beynəlxalq Mətbuat İnstitutu (BMİ) Azərbaycanda jurnalistlərin diffamasiya ittihamı ilə həbsini pisləyib.


Təşkilatın press-relizində deyilir ki, son 12 ayda Azərbaycanda professional fəaliyyəti ilə əlaqədar 7 jurnalist həbs olunub. Təşkilat hesab edir ki, jurnalistlərin diffamasiyaya görə, həbsinə bəraət qazandırmaq olmaz və böhtana görə cinayət məsuliyyətinin saxlanması söz azadlığının məhdudlaşdırılmasına və özünüsenzuraya səbəb olur.


BMİ Azərbaycan hökumətini jurnalistləri dərhal azad etməyə və diffamasiyaya görə cinayət məsuliyyətini ləğv etməyə çağırır.


XS
SM
MD
LG