Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:40

Jurnalistləri Müdafiə Komitəsi müxbirin döyülməsini pisləyib


Həkimeldostu Mehdiyev sentyabrın 22-də həbs edilib və fiziki təzyiqlərə məruz qalıb

Həkimeldostu Mehdiyev sentyabrın 22-də həbs edilib və fiziki təzyiqlərə məruz qalıb

Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru Coyel Saymon prezident İlham Əliyevə «Yeni Müsavat» qəzetinin müxbiri Həkimeldostu Mehdiyevin döyülməsi və həbs edilməsini pisləyən açıq məktub ünvanlayıb.


Müraciətdə xüsusilə, keçən həftə Naxçıvanda «Yeni Müsavat» qəzetinin müxbirinin saxlanılması, döyülməsi və həbs edilməsilə əlaqədar Komitənin «ciddi narahatçılıq» keçirdiyi qeyd olunur.


«Bu qanunsuz əməllər və onun ailə üzvlərinin təqib edilməsi Mehdiyevin regionun sosial problemləri və insan hüquqlarının pozulması barədə yazdığı kəskin məqalələr nəticəsində baş verib. Həbsindən bir həftə öncə jurnalist bu problemləri «Azadlıq» radiosunun efirində müzakirə edib».


Sentyabrın 22-də Milli Təhlükəsizlik Nazirliyinin bir neçə əməkdaşı jurnalisti həbs edərək MTN-nin Şərurdakı bölməsinə gətirib və burada ona fiziki təzyiqlər göstəriblər. Ondan kəskin məqalələri yazmağı dayandırmağı tələb ediblər. Mehdiyev ekspertiza üçün həkimə gəldikdə isə, polislər onu saxlayıb. Məhkəmə polisə müqavimət ittihamı ilə jurnalisti 15 sutka məhkum edib.


Eyni zamanda, yerli hakimiyyət orqanları Şərur rayonu Cəlilli kəndində jurnalistin qardaşlarına məxsus ticarət obyektlərini bağlayıblar, daha sonra isə dağıdaraq sahiblərini yaşamaq üçün vəsaitsiz qoyublar, deyə müraciətdə qeyd olunub.


«Jurnalistlərin hüquqlarını müdafiə edən müstəqil qrup kimi biz Mehdiyevin və onun ailəsinin məruz qaldığı bu hərəkətlərdən sarsılmışıq. Biz israrla sizi baş prokuror Zakir Qaralova bu qanunsuz hərəkətlərin tam və təcili istintaqını aparmağı tapşırmağa çağırırıq. Biz həmçinin sizi Mehdiyevin Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov tərəfindən təqib edilməsinə diqqət çəkməyə və ondan bunu dərhal dayandırmağı tələb etməyə çağırırıq», - deyə müraciətdə bildirilir.


Müraciətin sürəti bir çox beynəlxalq təşkilatlara və Azərbaycandakı rəsmi şəxslərə göndərilib.(Turan)


Günün bütün mövzuları

XS
SM
MD
LG