Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:26

Hüquq müdafiəçiləri Strasburqa gedir


Səidə Qocamanlı 50 nəfərlik siyasi məhbus siyahısının yenilənmədiyini deyir

Səidə Qocamanlı 50 nəfərlik siyasi məhbus siyahısının yenilənmədiyini deyir

Sentyabrın 29-da Azərbaycanın insan haqları müdafiəçiləri Səidə Qocamanlı, Novella Cəfəroğlu, Səadət Bənənyarlı və Arzu Abdullayeva Strasburqa yola düşür. Hüquq müdafiəçilərinin Avropa Şurası Parlament Assambleyasının payız sessiyası çərçivəsində Avropa Şurasının insan haqları üzrə komissarı cənab Hammerberq, qurumun Azərbaycan üzrə həmməruzəçiləri Toni Lloyd, Andreas Herkel, Venesiya komissiyasının sədri Bukikkio ilə görüşləri planlaşdırılır.


«Biz Avropa Şurasının Qarabağ üzrə Komitəsində, Avropa İnsan Haqları Məhkəməsində də görüşlər keçirəcəyik. Ümumilikdə səfər AŞPA-nın 2008-ci il qış sessiyasına hazırlıq məqsədi daşıyır. Bəlli olduğu kimi, bu dəfə Azərbaycanın məsələsi müzakirəyə çıxarılmayacaq. Qurumun aprel sessiyasının qətnaməsində Azərbaycana öhdəliklərini yerinə yetirmək üçün 2008-ci ilin qış sessiyasına qədər vaxt verilib. Çox təəssüf ki, ötən zaman ərzində Azərbaycan nə siyasi məhbusları, nə jurnalistləri azadlığa buraxmadı, əfv fərmanlı imzalanmadı».


Səidə Qocamanlı «Azadlıq» radiosuna 50 nəfərlik siyasi məhbus siyahısının yenilənmədiyini deyib. Onun sözlərinə görə, siyahıya son yenilənmə keçmiş səhiyyə naziri Əli İnsanovun məhkəməsi başa çatandan sonra edilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG