Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:57

Bu il torpaq qanunvericiliyi ilə bağlı 2500-dən çox pozuntu qeydə alınıb


Qərib Məmmədov deyir ki, pozuntuların əksəriyyəti bələdiyyələrin üzərinə düşür

Qərib Məmmədov deyir ki, pozuntuların əksəriyyəti bələdiyyələrin üzərinə düşür

Pozuntuların əksəriyyəti bələdiyyə, daha sonra dövlət və xüsusi mülkiyyətdə olan torpaqlarla bağlıdır. Məlumatı Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov verib.


Onun sözlərinə görə, məsələ ilə əlaqədar 101 fakt üzrə hüquq-mühafizə orqanlarına müraciət edilib. Cərimələr nəticəsində büdcəyə 40 min manata yaxın vəsait cəlb olunub.


Qərib Məmmədov deyir ki, pozuntu hallarının əksəriyyəti bələdiyyələr tərəfindən həyata keçirilib.


Komitə sədri onu da bildirib ki, MDB məkanında ilk dəfə olaraq, Azərbaycanda rəqəmli xəritə hazırlanıb. Xəritədə dövlət, bələdiyyə və özəl mülkiyyətdə olan bütün torpaqlar fərqləndirilib. Dəyəri 3,2 milyon dollar olan layihəni bütünlükdə, Yaponiya maliyyələşdirir.


Günün bütün mövzuları

XS
SM
MD
LG