Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:35

«Rusiya Ermənistanda ikinci hərbi baza yaratsa, buna adekvat cavab alacaq»


Bu gün Rusiya Müdafiə Nazirliyinin bir qrup nümayəndəsi Ermənistana səfərlərini başa vurur

Bu gün Rusiya Müdafiə Nazirliyinin bir qrup nümayəndəsi Ermənistana səfərlərini başa vurur

Sentyabrın 28-də Rusiya Müdafiə Nazirliyinin bir qrup nümayəndəsi Ermənistana səfərlərini başa vurur. Rus zabitlərinin Ermənistanda keçirdiyi görüşlərin təfərrüatı açıqlanmasa da, bir sıra məlumatlar artıq ortadadır. «Ayna» yazır ki, bu məlumatlardan ən vacibi Kremlin Azərbaycan torpaqlarını işğal etmiş Ermənistanda ikinci hərbi baza yaratmaq istəyi ilə bağlıdır.


Artıq Azərbaycanın bir sıra rəsmiləri bu məsələyə kəskin münasibətlərini açıqlayıblar. Müdafiə Nazirliyi də Ermənistanda ikinci rus hərbi bazasının yaradılmasını pisləyir. Nazirliyin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlunun «Ayna»ya müsahibəsində bu və digər məqamlara toxunulub.


«Əlbəttə, belə bir vəziyyət baş verərsə, bölgədə çox pis hadisələr cərəyan edə bilər. Bu gün Rusiyanın Ermənistanda bir bazası olduğu təqdirdə ikincini yaratmasını dünya da qəbul etməz. O səbəbdən mən Rusiyanın bu istəyinin asanlıqla baş tutmasına inanmıram. Əgər Rusiya bölgədə vəziyyətin sabitliyini istəyirsə, belə hərəkətə yol verməməlidir.


Digər tərəfdən, əgər bu iş baş tutarsa, əlbəttə, buna adekvat cavablar veriləcək. İmkan vermək olmaz ki, Rusiya Ermənistana yeni bir baza yaratsın. Dünya birliyi buna qarşı çıxacaq. Bu, asan bir məsələ deyil. Rusiya nə üçün belə edir, bu müəmmalıdır. Onsuz da Ermənistanı kifayət dərəcədə silahlandırıb»


Müsavatçı millət vəkili Nəsib Nəsibli «525»ə müsahibəsində deyib ki, «müxalifət 20 ildir ki, boykotdan danışır və bu taktika özünü doğrultmayıb».


«Heç kim deyə bilməz ki, 2008-ci ildə siyasi proses dayanacaq və bundan sonra heç nə olmayacaq. Digər ölkələrin praktikası da göstərir ki, bir dəfə hakimiyyətdən gedən və yaxud da bir neçə dəfə seçkidə qalib gəlməyən sonrakı seçkilərdə uda bilər. Qonşu Türkiyənin təcrübəsinə nəzər yetirmək kifayət edir».


«- Seçkilərdə müxalifətin uğur qazanma ehtimalı varmı?


- Əgər demokratik, ədalətli və azad seçkilər olacaqsa, milli demokratik qüvvələrin şansı kifayət qədərdi. Yox, əgər əvvəlki şərait olacaqsa onda müxalifətin də şansı olmayacaq».


Türkiyə prezidenti və parlament sədri Azərbaycana gələcək


Türkiyənin yeni prezidenti Abdullah Gül və Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Topdan bu ilin sonunadək Azərbaycana səfər edəcəklər. «Üç nöqtə» bu barədə məlumat verir. Türkiyənin Azərbaycandakı səfəri Hüseyn Avni Qarslıoğlunun sözlərinə görə, hələlik səfərin dəqiq tarixi müəyyənləşməyib. Səfir Bakı-Tbilisi-Qars dəmiryol xəttinin çəkilişi ilə bağlı keçirilən tenderin artıq başa çatdığını bildirdi. Onun verdiyi məlumata görə, tenderdə 5 şirkət iştirak edib. Onların arasında ən sərfəli variantları təklif edən şirkət qalib gəlib. Hazırda həmin şirkətin imkanları və fəaliyyət proqramları yoxlanılır. Amma dəmiryol xəttinin çəkilişlərinin nə vaxt başlayacağı dəqiq məlum deyil. Bununla yanaşı, türkiyəli diplomat bildirdi ki, yoxlamalar başa çatandan sonra dəmiryol xəttinin təməlqoyma mərasimi keçiriləcək. Bu, təxminən ilin sonunadək baş tutacaq. Hüseyn Avni Qarslıoğlu onu da deyib ki, Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlıq yüksək səviyyədə aparılır.


«Büdcə xərclərinin yarıdan çoxunun təyinatı üzrə sərf edilmədiyinə dair kifayət qədər sübutlar var»- millət vəkili Pənah Hüseyn «Yeni Müsavat»a açıqlamasında belə deyib.


Pənah Hüseyn bildirir ki, neft gəlirləri artdıqca, korrupsiyanın həcmi və intensivliyi yüksəlir. Eyni zamanda onun müxtəlif sahələrə sirayət etməsi, təmərküzləşməsi aşkara çıxır: «Hələ ki, bunun qarşısının alınmasını yox, daha da çiçəklənməsini müəyyən edən tendensiya müşahidə edilir. Neft gəlirləri artdıqca, təbii olaraq onun əhəmiyyətli bir hissəsi büdcəyə daxil olur. Neft Fonduna daxil olan pullar müxtəlif vasitələrlə-büdcəyə transferlər, yaxud Neft Fondunun özünün vəsaitindən istifadə etməklə xərclənir. Dövlət büdcəsinə daxil olmalı olan vəsait əslində buna qədər ki dövrdə mənimsənilir».


Günün bütün mövzuları

XS
SM
MD
LG