Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:47

Şahzadə Endryu Bakıya gələcək


Oktyabrın 1-də Hersoq Yorski Endryu Albert Kristian Edvard (Şahzadə Endryu) Bakıya bir günlük səfərə gələcək. «Turan»a diplomatik mənbələrdən daxil olan məlumata görə, şahzadənin səfəri «British Mediterenian» şirkətinin London-Bakı-London marşrutu ilə uçuşunun işə düşməsi ilə bağlıdır. Onunla birlikdə Bakıya «BMA» şirkətinin prezidenti Maykl Bişop da gələcək.


Qonaqlar dövlət başçısı İlham Əliyev tərəfindən qəbul ediləcək. Bu, şahzadə Endryunun Bakıya artıq üçüncü səfəridir.
Son dəfə şahzadə Endryu Bakıda 2005-ci ilin mayında Böyük Britaniyanın ticarət və investisiyalar üzrə xüsusi nümayəndəsi qismində olub. O, Bakı-Tbilisi-Ceyhan neft kəmərinə ilk neftin daxil olması mərasimində iştirak edib.


Hersoq Yorski Şahzadə Endryu 1960-cı ildə anadan olub və kraliça Yelizaveta və Hersoq Edinburqskinin ikinci oğludur.


Günün bütün mövzuları

XS
SM
MD
LG