Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:11

ABŞ səfirliyinin əməkdaşları Naxçıvandadırlar


Görüşdə Naxçıvanda siyasi şərait və prezident seçkiləri ilə bağlı müzakirələr aparılıb
Görüşdə Naxçıvanda siyasi şərait və prezident seçkiləri ilə bağlı müzakirələr aparılıb

Sentyabrın 27-də ABŞ səfirliyinin siyasi məsələlər üzrə əməkdaşları Rebeka Neslund və Fəxri Abbasov Naxçıvana iki günlük səfərə gediblər. Səfərin məqsədi bölgədə ictimai-siyasi vəziyyətlə tanış olmaqdır.


Bu məqsədlə qonaqlar Naxçıvan Resurs Mərkəzinin ofisində bölgədə fəaliyyət göstərən QHT-lər və siyasi partiya təmsilçiləri ilə görüşüblər. Görüşdə Naxçıvanda vətəndaş cəmiyyəti, siyasi şərait, partiyaların fəaliyyət imkanları və qarşıdan gələn prezident seçkiləri ilə bağlı müzakirələr aparılıb.


Eyni zamanda «Yeni Müsavat» qəzetinin müxbiri Həkimeldostu Mehdiyev və AXCP fəalı Ələsgər İsmayılovun həbsi ilə bağlı müzakirələr aparılıb.


Sentyabrın 27-də Həkimeldostu Mehdiyev azadlığa buraxılsa da, onun səhhəti səfirlik əməkdaşları ilə görüşə imkan verməyib.


Ruhi dispanserdə saxlanan Ə.İsmayılovla bağlı son məlumata görə isə o, Naxçıvan Daxili İşlər Nazirliyinə aparılıb. Hazırda onun harada saxlanması məlum deyil.


Səfirlik əməkdaşları deyiblər ki, sentyabrın 28-də onlar hər iki şəxs haqda ətraflı məlumat toplamaq üçün Şərur və Sədərək rayonlarında olmağı planlaşdırırlar.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG