Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:57

Berlində QİÇS, vərəm və malyariyaya dair konfrans açılıb


Bu infeksion xəstəliklər hər il altı milyondan çox insanın ömrünə son qoyur

Bu infeksion xəstəliklər hər il altı milyondan çox insanın ömrünə son qoyur

Berlində QİÇS, vərəm və malyariya ilə Beynəlxalq Mübarizə Fondunun konfransı işə başlayıb. Fond beş il əvvəl BMT-nin o vaxtkı Baş katibi Kofi Annanın təşəbbüsü ilə yaradılıb. Bu ən təhlükəli infeksion xəstəliklər hər il altı milyondan çox insanın ömrünə son qoyur və bu rəqəm artmaqda davam edir.

Müxtəlif ölkələrdən 30 təşkilatın iştirak etdiyi konfrans yaxın üç ildə fəaliyyət planını təsdiq etməlidir.


Almaniya kansleri Angela Merkel konfransı açarkən xüsusilə, təhlükəli xəstəliklərin dünyada yoxsulluq və səfalət problemi ilə əlaqəsini qeyd edib:


«Fağır adamlar xəstəliklər nəticəsində əsl səfalətə düşə bilərlər. Ya ailə başçısı həftələrcə, aylarca, ya da ümumiyyətlə, əmək qabiliyyətini itirir. Ya da ki, ailə müalicə və xəstəyə qulluq üçün o qədər pul ödəyir ki, ərzaq və uşaqların təhsilinə pul qalmır. QİÇS, vərəm və malyariya beləliklə, qapalı yoxsulluq halqasının dəhşətli bir hissəsidir».


Fonda başçılıq edən Kofi Annan ümid edir ki, Berlində maliyyə təşkilatlarından 7-8 milyard dollar yardım toplamaq mümkün olacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG