Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:01

Jurnalistlər Putini mətbuatın sıxışdırılmasına reaksiya verməyə çağırıblar


Saratov jurnalistləri Rusiya prezidenti Vladimir Putinə müraciət edib, onu regionda söz azadlığının məhdudlaşdırılması faktına reaksiya verməyə çağırıblar.

Açıq məktub 10 yerli qəzetdə dərc olunub.


Müraciətə səbəb «Vahid Rusiya» Partiyasının yerli fəalının «Saratov reportyoru» qəzetinə qarşı məhkəmə iddiası olub.



Putini SS ştandartenfyureri formasını geymiş Sovet kəşfiyyatçısı Ştirlits obrazında təsvir edən qəzet «ekstremist materiallar yaymaqda» təqsirləndirilir.



Məhkəmə oktyabrın 2-də başlamalıdır. Elə həmin gün jurnalistlər etiraz mitinqinə çıxacaqlarına söz veriblər.


XS
SM
MD
LG