Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:48

Cavad xanın nəticəsi Azərbaycan vətəndaşlığını alıb


«Birinci şəxsəm ki, prezident İlham Əliyev mənə vətəndaşlıq verib»

«Birinci şəxsəm ki, prezident İlham Əliyev mənə vətəndaşlıq verib»

Gəncə xanı Cavad xanın nəticəsi Rza Cavadxani Azərbaycan vətəndaşlığını alıb.


Bu barədə «Azadlıq» radiosuna Cavadxani özü məktubla məlumat verib.


Məktubda deyilir: «Böyük iftixar hissi ilə sizə bildirirəm ki, mən artıq Azərbaycan vətəndaşıyam. Birinci şəxsəm ki, prezident İlham Əliyev mənə vətəndaşlıq verib».


Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti bu xəbəri təsdiqləyib.


Rza Cavadxani ABŞ-da yaşayır. O, Bakıya bir neçə dəfə dəvət olunsa da, öz vətəninə viza ilə gəlmək istəmədiyini, Azərbaycan vətəndaşlığı almaq arzusunda olduğunu bildirmişdi. Cavadxani bu yaxınlarda Gəncənin 2501 illiyi ilə bağlı tədbirlərdə iştirak edib.


Cavad xan Gəncənin sonuncu xanı olmuş və XIX əsrin əvvəllərində Azərbaycanın çar Rusiyası tərəfindən işğalı zamanı rus qoşunlarına müqavimət göstərib və həlak olub.


Günün bütün mövzuları

XS
SM
MD
LG