Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:31

Saakşvili BMT-də Rusiyanı tənqid edib


Rusiyanın BMT-dəki səfiri Vitali Çurkin Saakaşvilinin dediklərinə şübhəylə yanaşıb
Rusiyanın BMT-dəki səfiri Vitali Çurkin Saakaşvilinin dediklərinə şübhəylə yanaşıb

Gürcüstanın prezidenti isə BMT Baş Assambleyasındakı çıxışında Rusiyanı tənqid edib. Prezident Rusiyanı Gürcüstanın separatçı bölgəsi - Abxaziyanı dəstəkləməkdə ittiham edib. Mixail Saakaşvili deyib ki, Gürcüstan və Abxaziya qüvvələri arasındakı döyüşdə ölənlərdən biri məhz rus hərbçisi olub.


«Soruşan lazımdır ki, rus podpolkovnikinin Gürcüstan meşəsində nə işi var idi? Niyə axı Gürcüstan meşəsində dağıdıcı əməliyyat keçirmək istəyən silahlı yaraqlılara rəhbərlik edirlər. Mən rusiyalı dostlarımdan soruşmaq istəyirəm: Rusiyanın özündə yer qıtdır? Rusiyanın özünün meşəsi yoxdur ki gəlib Gürcüstanın meşəsində ölürlər? Nə cavab verirsinizsə, verin, biz insan itkisinə görə təəssüflənirik».


Rusiyanın BMT-dəki səfiri Vitali Çurkin Saakaşvilinin dediklərinə şübhəylə yanaşıb. Diplomat deyib ki, hadisə baş verən vaxt Kodor dərəsində hərbi təlimlər gedirmiş, Gürcüstan qüvvələri də təlim düşərgəsinə hücum ediblər. Rusiyanın səfiri bildirib ki, Saakaşvili belə bəyanatları Tbilisi ilə Moskvanın münasibətlərini qızışdırmaq üçün verir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG