Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:08

2016-cı il Olimpiya oyunları ilə bağlı sərəncam imzalandı


Beynəlxalq Olimpiya Komitəsinə təqdim etmək üçün Bakının sifariş kitabı hazırlanacaq
Beynəlxalq Olimpiya Komitəsinə təqdim etmək üçün Bakının sifariş kitabı hazırlanacaq

Prezident İlham Əliyev sentyabrın 26-da Bakı şəhərinin XXXI Yay Olimpiya və XV Paralimpiya oyunlarını keçirmək üçün namizədliyinin irəli sürülməsilə bağlı tədbirlərin həyata keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə sərəncam imzalayıb. Sənəddə deyilir ki, idman sahəsində həyata keçirilən dövlət siyasətinin daha da güclənməsi, Olimpiya hərəkatının genişlənməsi, idman və bədən tərbiyəsinin tərəqqisi, daha geniş coğrafi məkanda təbliği məqsədi ilə Bakı şəhərinin XXXI yay Olimpiya və XV Paralimpiya oyunlarını keçirmək üçün namizədliyi irəli sürülüb: «Bu cür mötəbər yarışların Azərbaycanın paytaxtında keçirilməsi ölkənin dünya idman aləmində nüfuzunun artmasına şərait yaradacaq».


Sərəncəmla Bakı şəhərinin XXXI Yay Olimpiya və XV Paralimpiya oyunlarını keçirmək üçün namizədliyinin dəstəklənməsi məqsədi ilə Baş nazirinin birinci müavini Yaqub Eyyubovun rəhbərliyilə Təşkilat Komitəsi yaradılır.


Təşkilat Komitəsinə tapşırılır ki, Bakı şəhərinin Olimpiya oyunlarını təşkil etmək üçün namizəd şəhər kimi irəli sürülməsi ilə bağlı bütün məsələləri həll etsin.


Gənclər və İdman Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Milli Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsinə təqdim etmək üçün Bakının sifariş kitabını hazırlamalıdırlar.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG