Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:46

BBC-nin ekspertləri İTV əməkdaşlarına treninqlər keçəcəklər


ATƏT-in Bakı ofisi İctimai Teleradio (İTV) əməkdaşları üçün treninqlər keçirəcək.


İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr və monitoriq şöbəsinin məlumatına görə, gələn ayın əvvəlindən başlayacaq layihə çərçivəsində ATƏT-in Bakı ofisinin dəvəti əsasında BBC-nin media üzrə ekspertləri İTV-də jurnalistlərin peşəkarlığının artırılması ilə bağlı treninqlər keçəcəklər.


Layihə ilə bağlı konkret detalları müzakirə etmək üçün ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herero İTV-nin baş direktoru İsmayıl Ömərovla görüşüb. Herero bildirib ki, bir neçə mərhələdən ibarət olan layihənin həyata keçirilməsi şirkət kollektivinin peşəkarlığının daha da artırılmasına şərait yaradacaq:


«Bu layihə ötən ilin iyul ayında ATƏT-in dəvəti əsasında İTV-nin ehtiyaclarını öyrənən BBC-nin ekspertlərinin hazırladığı hesabat əsasında keçirilir».


XS
SM
MD
LG