Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:44

Bakı-Sumqayıt yolunda nüvə-sınaq reaktoru tikilə bilər


Mahmud Kərimov deyir ki, nüvə reaktorunun tikintisi 2009-2011-ci illərə planlaşdırılıb

Mahmud Kərimov deyir ki, nüvə reaktorunun tikintisi 2009-2011-ci illərə planlaşdırılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov Azərbaycanda ilk nüvə-sınaq reaktorunun tikilməsi üçün planlaşdırılan yeri söyləyib.


«Təqribən yer Bakı-Sumqayıt yolunda müəyyənləşdirilib» - deyə sentyabrın 26-da Kərimov jurnalistlərə bildirib.


AMEA rəhbəri bildirib ki, sentyabrın 19-21-də Vyanada keçirilən toplantıda MAQATE Azərbaycanda nüvə-sınaq reaktorunun tikilməsi təklifini bəyənib və maliyyə yardımı göstərəcək. Kərimovun sözlərinə görə, nüvə reaktorunun tikintisi 2009-2011-ci illərə planlaşdırılıb. Reaktorun gücü 1 MVt-dan çox olacaq.


Kərimov bildirib ki, atom elektrik stansiyasının alternativi yoxdur. Əvvəlcə atom elektrik stansiyalarından imtina edən bir çox ölkələr indi AES tikmək üçün rəqabətə girirlər. O, qeyd edib ki, yaxın gələcəkdə Azərbaycanda elektrik stansiyasının tikilməsi planlaşdırılmır. «Nüvə elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar aparılmır» - deyə Kərimov söyləyib.(Trend)


Günün bütün mövzuları

XS
SM
MD
LG