Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:10

Cənubi Qafqazda korrupsiyanın ən yüksık göstəricisi Azərbaycandadır


Korrupsiyasının indeksi Azərbaycanda 2,1-dir
Korrupsiyasının indeksi Azərbaycanda 2,1-dir

Cənubi Qafqazda korrupsiyanın ən yüksık göstəricisi Azərbaycandadır. Azərbaycan 180 ölkə arasında 150-ci yerdədir. Korrupsiyanın səviyyəsində görə, Azərbaycan Tacikistan və Qırğızıstanla eyni səviyyədə qərarlaşıb.


Beynəlxalq şəffaflıq təşkilatı - «Transparency İnternational»ın sentyabrın 26-da yaydığı hesabatda belə deyilir. Sənədə görə, Cənubi Qafqazın digər ölkələri bu il də Azərbaycanı qabaqlayırlar. Gürcüstan hesabata görə, 79-cu, Ermənistan isə 99-cu yerdədir.


Korrupsiyasının indeksinə gəlincə isə, bu göstərici Azərbaycanda bu il 2,1 olub. Ötən il isə korrupsiya göstəricisi 2,4 idi. 2006-cı ildə Azərbaycan korrupsiya göstəricisnə görə, 149 ölkə arasında 137-ci yerdə idi.


«Transparency İnternational»ın hesabatına görə, iqtisadiyyatı ən çox şəffaf olan ölkə Danimarkadır. Bu ölkənin korrupsiya indeksi 9.4-dür. Siyahıda daha sonra Finlandiya, Yeni Zenlandiya, Sinqapur və İsveç gəlir.


Sənədə əsasən, ən yüksək korrupsiya isə Somalidədir (1.4). Myanma, İraq, Haiti, Özbəkistan da ən çox korrupsiyalaşmış ölkələr arasındadır.


«Transparency İnternational» bu araşdırmasını 180 ölkə arasında aparıb.


Korrupsiya indeksi çoxsaylı sorğulara əsaslanır və 180 ölkənin dövlət strukturlarında korrupsiyanın səviyyəsinə dair aparılan qiymətləndirməni özündə əks etdirən ümumiləşdirilmiş göstəricidir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG