Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 17:02

Xalq Cəbhəsi sədrinin müavini həbs olunub


Minskdə müxalif Belarus Xalq Cəbhəsi başçısının müavini, Avropa Yürüşü təşkilat komitəsinin sədri Viktor İvaşkeviç həbs olunub.


«Xartiya 97» internet saytı xəbər verir ki, İvaşkeviç və kommunistlərin liderlərindən biri Valeri Uxnalevi sentyabrın 25-i axşam restoran yaxınlığında saxlayıblar. Orada onlar İvaşkeviçin doğum gününü qeyd edirmişlər.


OMON əməkdaşları onlara ictimai asayişi pozduqlarını bildirib, milis bölməsinə aparıblar.


Valeri Uxnalevi tezliklə buraxıblar. İvaşkeviçi isə Avropa Marşında iştiraka dəvət edən vərəqələr yaymaqda təqsirləndiriblər. Aksiya oktyabrın 14-ə planlaşdırılıb.


Hüquq müdafiəçilərinin fikrincə, İvaşkeviçin həbsi müxalif aksiyaların təşkilatçısını hörmətdən salmaq üçün hakimiyyətin təxribatıdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG