Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:12

Saakaşvili ilə Okruaşvili arasında münasibətlər kəskinləşir


İrakli Okruaşvili hazırkı hakimiyyətə qarşı güzəştsiz mübarizə aparacağına söz verib
İrakli Okruaşvili hazırkı hakimiyyətə qarşı güzəştsiz mübarizə aparacağına söz verib
Gürcüstanın keçmiş Müdafiə naziri İrakli Okruaşvili prezident Mixail Saakaşvilini hakimiyyəti qəsb etməkdə təqsirləndirir. O, mətbuat konfransında çıxışı zamanı hazırkı hakimiyyətə qarşı güzəştsiz mübarizə aparacağına söz verib.

Okruaşvili bu bəyanatı prezidentin parlament katibi Dmitri Kitoşvilinin həbsindən dərhal sonra səsləndirib. Kitoşvili sabiq Müdafiə nazirinin tapşırığı ilə pul qoparmaqda ittiham olunur.


İrakli Okruaşvili deyib: «Ölkədə faşist təmayüllü rejim qurulur. Saakaşvili ölkədə cəzasızlığı qanuniləşdirib. Hakimiyyətdə bu cəzasızlığı hiss edən çoxlu oğru var. Üç il əvvəl, mən Daxili İşlər naziri olarkən, prezidentin dayısı Timur Alasaniyanı 200 min dollar rüşvət aldığına görə həbs etmişdim. Ancaq Saakaşvilinin xahişi ilə onu azad etdim. Biz «qızılgül inqilabı»nda ədalətin bərqərar olunması üçün iştirak etmişik. Ancaq Saakaşvili bu ümidləri heçə endirib. Onun komandasında bir nəfər də olsun layiqli adam yoxdur».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG