Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:23

Dmitri Muratov «Mətbuat azadlığı uğrunda» mükafatın laureatıdır


Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi Rusiya, Pakistan, Çin və Meksikadan olan dörd jurnalisti 2007-ci ilin «Mətbuat azadlığı uğrunda» mükafatıyla təltif etməyi qərara alıb.


Laureatlar arasında «Novaya qazeta»nın baş redaktoru Dmitri Muratov da var. 1993-cü ildən bəri bu qəzetin üç jurnalisti həlak olub. Onlardan biri də Anna Politkovskayadır, o, Çeçenistan və Şimali Qafqazdakı hadisələri müstəqil və ədalətli işıqlandırdığına görə dünyada hörmət qazanmışdı.


Mükafatlandırma mərasimi noyabrda keçiriləcək.


XS
SM
MD
LG