Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:40

Jurnalistə işgəncə verilməsi faktını «Qırmızı Xaç» araşdıra bilər


Həkimeldostu Mehdiyev polisə müqavimət ittihamıyla həbs edilib
Həkimeldostu Mehdiyev polisə müqavimət ittihamıyla həbs edilib

AXCP-nin Naxçıvan Təşkilatının üzvü, «Yeni Müsavat» qəzetinin bölgə müxbiri Həkimeldostu Mehdiyevin ailəsi ona işgəncə verilməsindən narahatdır. Bu barədə «Azadlıq» radiosuna Naxçıvan Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinin direktor müavini İlqar Nəsibov məlumat verib. Ailə üzvləri 15 sutka azadlıqdan məhrum edilən jurnalistə işgəncə verilməsiylə bağlı məlumat alıb və xahiş edir ki, Qırmızı Xaç Komitəsi onun səhhətiylə bağlı araşdırma aparsın.


İlqar Nəsibov deyir ki, Qırmızı Xaç Komitəsinin Naxçıvanda nümayəndəliyi olmadığı üçün onlar mətbuat vasitəsilə bu quruma müraciət ediblər.


«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu isə Milli Təhlükəsizlik naziri Eldar Mahmudova və Daxili İşlər naziri Ramil Usubova həmkarının saxlanmasıyla bağlı müraciət ünvanlayıb.


Sentyabrın 23-də Həkimeldostu Mehdiyevin barəsində polisə müqavimət ittihamıyla həbs-qətimkan tədbiri seçilib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG