Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:29

«Azadlıq» qəzeti yenə də iqtidarın hədəfində»


Qənimət Zahidi nazir Heydər Babayev xüsusi ittiham qaydasında məhkəməyə verib

Qənimət Zahidi nazir Heydər Babayev xüsusi ittiham qaydasında məhkəməyə verib

«Azadlıq» siyasi bloku Qənimət Zahidin həbs tələbiylə məhkəməyə verilməsini sərt bəyanatla qarşılayıb. Sənədə bildirilir ki, Azərbaycanın televiziya məkanını bütünlüklə nəzarətə alan və özünüsenzuraya məcbur edən iqtidar 2008-ci il prezident seçkilərinə qədər bir dənə də alternativ fikir tribunasının qalmamasını qarşısına məqsəd qoyub. Buna görə də bütün qanunsuz vasitələrdən istifadə edərək azad sözün ifadəçilərinə qarşı total hücuma keçib. Bu günlərdə «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin İqtisadi İnkişaf naziri Heydər Babayev tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilməsi də bu hücumun tərkib hissəsidir».


Daha sonra bildirilir ki, «bütün bu təzyiq vasitələrilə «Azadlıq» qəzetini öz mövqeyindən döndərə, onun nəşrinə mane ola bilmədiyini görən iqtidar indi də qəzetin baş redaktoru Q.Zahidi həbs etdirmək istəyir. Hakimiyyət bu yolla həm Q.Zahidin özündən ifşaedici yazılarına görə qisas almaq, həm də qəzetin fəaliyyət imkanlarını məhdudlaşdırmaq niyyətindədir».


ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş köməkçisi, politoloq, ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin məsləhətçisi Zbiqnev Bjezinski Azərbaycan Televiziyasına müsahibə verib. «525» həmin materialı dərc edib.


«- Hesab edirsinizmi ki, Vaşinqton növbəti prezident seçkilərində İlham Əliyevi dəstəkləməlidir?


- Zənnimcə, bu sualı mənə vermək düzgün deyil. Azərbaycan xalqı növbəti prezidentin kim olması barədə özü qərar verməlidir. Amerika Birləşmiş Ştatları dost ölkələrə öz əlaltısı kimi baxmır. Biz suveren dövlətin öz liderini seçmək hüququnu inkar etmək iqtidarında deyilik».


«Ekspress» qəzeti ölkədəki çeçen qaçqınlarının vəziyyətindən bəhs edən məqalə dərc edib. Məqalə «Bakıdakı çeçen qaçqınların əzabları tükənmir» adlanır.


Azərbaycandakı çeçen icmasının təmsilçisi Əhməd Xaçoroyevskinin qəzetə dediyinə görə, 2002-ci ilin oktyabrında Moskvada «Nord-Ost» kinoteatrı ilə bağlı olaylardan sonra Çeçenistan-İçkeriya Respublikasının Bakıdakı rəsmi nümayəndəliyi bağlandı və ölkədəki çeçenlərin məşəqqətli günləri başladı.


Azərbaycandakı çeçenlər BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığının himayəsində olsalar da, bu «himayə»dən olduqca narazıdırlar.


«Azərbaycanın onsuz da 1 milyon qaçqın və məcburi köçkünü olduğundan, burada çeçenlərə iş tapmaq həddən ziyadə çətindir. Bakıdakı çeçen ailələrinin tam əksəriyyəti özlərinə, daha doğrusu Azərbaycandan kənarda yaşayan qohumlarından aldıqları maddi yardımlara bel bağlayırlar. O pullar olmasa buradakı çeçen ailələrinin bəziləri acından ölər», - Ə.Xaçoroyevski bildirib.


Günün bütün mövzuları

XS
SM
MD
LG