Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:13

Jurnalistlər Muradovanın ölümünü təhqiq etməyə çağırırlar


Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi ABŞ Dövlət katibi Kondoliza Raysı Türkmənistanda müstəqil jurnalistin ölümünün obyektiv araşdırılmasına nail olmağa çağırıb.

Hüquq müdafiəçisi və «Azadlıq» radiosunun müxbiri Ogülsapar Muradova ötən ilin sentyabrında həbsxanada qeyri-müəyyən şəraitdə vəfat edib. Muradovanın doğmaları əmindirlər ki, onu öldürüblər. Jurnalist altı il azadlıqdan məhrumetməyə məhkum olunmuşdu. Hüquq müdafiəçiləri deyirlər ki, ittihamlar tam uydurmadır.


Rays bu həftə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən yığıncağında Türkmənistan prezidenti Qurbanqulı Berdımuhammedovla görüşməlidir.


XS
SM
MD
LG