Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:49

Əhmədinejad Nyu-Yorka gəlib


İran prezidenti Mahmud Əhmədinejad BMT Təhlükəsizlik Şurasında iştirak etmək üçün Nyu-Yorka gəlib.

Onun Kolumbiya Universitetində nəzərdə tutulan çıxışı etirazlara səbəb olub. Tənqidçilər deyirlər ki, Əhmədinejad Holokostun olmasını inkar edir, İsraili məhv etməklə hədələyir və nüvə silahı yaratmağa çalışır. Universitetdən isə bildiriblər ki, İran liderinə çıxış etmək imkanı söz azadlığına görə verilib.


ABŞ-a gəlməzdən qabaq Əhmədinejad Amerika televiziyasına müsahibə verib. Deyib ki, İran Birləşmiş Ştatlarla müharibəyə yaxınlaşmır: «İki ölkənin münaqişəyə getdiyini zənn etmək üçün əsas yoxdur».


O, həmçinin deyib ki, İranın nüvə silahına ehtiyacı yoxdur.


Bundan əvvəl Yaxın Şərqdəki ABŞ mərkəzi komandanlığının rəhbəri, admiral Uilyam Fallon bəyan edib ki, Amerika hərbçiləri İranda hərbi əməliyyatlar planlarını nəzərdən keçirmirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG