Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:59

Müəllimlər İnstitutunun hicablı tələbələri dərslərə buraxılmayıblar


Sentyabrın 24-də Azərbaycan Müəllimlər İnstitutunun bir qrup hicablı tələbəsi dərslərə buraxılmayıb. İnstitutun rektoru Aqiyə Naxçıvanlı «Turan»na məlumatı təsdiq edib. O, qərarını Müəllimlər İnstitutunun spesifik xüsusiyyətləri və burada məktəbəqədər təhsil müəssisələri və ibtidai siniflər üçün tərbiyəçi-pedaqoqların hazırlanması ilə əsaslandırıb. «Onlara tərbiyə edilmək üçün uşaqlarını kim verəcək?», - deyə rektor bildirib.


Onun sözlərinə görə, hicablı tələbələrin sayı və onların ətrafda olanlara təsiri günbəgün artır. «Allaha inam bizim hər birimizin daxilindədir. Lakin dərsə adi geyimdə gəlmək lazımdır», - deyə rektor qeyd edib. «Əgər bu tələbələr gələcəkdə də hicabda gəzmək niyyətindədirlərsə, qoy İlahiyyat İnstitutuna keçsinlər».


Bununla belə, Müəllimlər İnstitutundakı vəziyyətin monitorinqini aparan DEVAMM (Vicdan və Din Azadlığı Mərkəzi) müşahidəçiləri bildiriblər ki, birinci növbənin sonuna yaxın hicablı tələbələr dərslərə buraxılıblar.


Günün bütün mövzuları

XS
SM
MD
LG