Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:14

Naxçıvanda müxalifət fəallarına qarşı hücumlara start verilib


70 yaşlı Ələsgər İsmayılov

70 yaşlı Ələsgər İsmayılov

Son üç gün ərzində Naxçıvan Muxtar Respublikasında (MR) müxalifət fəallarına qarşı hücumlara start verilib.


AXCP Naxçıvan MR təşkilatı Sədərək rayon şöbəsinin fəalı 70 yaşlı Ələsgər İsmayılov həbs edilib və Sədərək rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zorla Naxçıvan MR Ruhi Xəstəliklər Dispanserinə yerləşdirilib.


Sentyabrın 23-də Naxçıvanda fəaliyyət göstərən QHT nümayəndələri və jurnalistlər onunla görüşüb və ondan həbs edilməsinin səbəbləri haqqında məlumat alıblar. Ələsgər İsmayılovun bildirdiyinə görə o, siyasi motivlərlə həbs olunub. Belə ki, Ə. İsmayılov dəfələrlə rayonda korrupsiya və digər özbaşınalıqlarla bağlı Prezident Aparatına və digər orqanlara yazdığı şikayətlərin qarşısını almaq üçün bu cür vasitəyə əl atıldığını bildirir. «Polis şöbəsində baş leytenant Fariz Məmmədov məni təhqir etmiş, heç bir tibbi müayinə olmadan mənə dəli diaqnozunu qoyaraq xəstəxanaya salınmam üçün göstəriş verib. Əsassız olaraq dispanserdə məni digər ruhi xəstələrlə birgə saxlamaqla mənəvi işgəncəyə məruz qoyurlar».


Ə.İsmayılovun həyat yoldaşının bildirdiyinə görə ixtisasca həkim-cərrah olan əri tamamilə sağlamdır.


Digər təzyiqə məruz qalan şəxs isə AXCP Şərur rayon təşkilatının fəalı, «Yeni Müsavat» qəzetinin bölgə müxbiri Həkimeldostu Mehdiyevdir. Özünün bildirdiyinə görə həbsinin səbəbi rayondakı özbaşınalıqları işıqlandırması və bu yaxınlarda «Azadlıq» radiosunun Naxçıvana ezam olunmuş müxbiri Babək Bəkirə verdiyi müsahibənin radionun veb səhifəsində yerləşdirilməsi olub. H. Mehdiyev 22 sentyabr 2007 tarixdə MTN-nin Naxçıvan MR əməkdaşları tərəfindən zorla evindən döyülərək aparılmış və 7 saat dindirildikdən sonra buraxılmışdır. Ona mətbuata açıqlama verəcəyi təqdirdə özünün və yaxınlarının təzyiqlərə məruz qalacağını bildiriblər. Bütün bunlara məhəl qoymayan H. Mehdiyev bu barədə mətbuata məlumatlar verdikdən sonra sentyabrın 23-də səhər saatlarında Şərur polisi tərəfindən evində həbs olunaraq, polisə müqavimət göstərmək maddəsi ilə 15 sutka həbs edilib. Yaxınlarının bildirdiyinə görə polislər gələrkən özləri ilə məhkəmənin qararını da gətirmiş və hamının gözü qarşısında onu həbs etmişlər. Bundan sonra polis və MTN əməkdaşları onun yaxınlarına məxsus kənddəki kafeni də söküblər.


Xatırladaq ki, H. Mehdiyev 1995-ci ildə siyasi motivlərlə həbs olunmuş və 2000-ci ildə beynəlxalq təşkilatların tələbi ilə siyasi məhbus kimi azad edilmişdir.


Günün bütün mövzuları

XS
SM
MD
LG