Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:34

Türkiyədə «Millətə həqarət» maddəsinin ləğvini tələb edirlər


Türk millətini təhqir ittihamı ilə vaxtilə Nobel Mükafatı laureatı Orhan Pamuk da həbs olunub

Türk millətini təhqir ittihamı ilə vaxtilə Nobel Mükafatı laureatı Orhan Pamuk da həbs olunub

«İrqçilik və millətçiliyə yox!» ictimai hərəkatı Türkiyə Konstitusiyasının 301-ci maddəsinin ləğvi uğrunda kampaniyaya başlayıb. Həmin maddə türk millətini təhqir etməyə görə cəza nəzərdə tutur.

Bütün ölkə boyu nümayişlər, yürüşlər və açıq çıxışlardan sonra Türkiyə parlamentinə müraciətin qəbul edilməsi planlaşdırılır.


Hərəkat fəallarından biri deyir: «Konstitusiyanın «türk millətinə həqarət»ə görə cinayət məsuliyyəti nəzərdə tutan maddəsi Türkiyədə söz azadlığı üçün ciddi maneəyə çevrilib. Ötən il mitinq və etirazlardan sonra hökumət bu maddənin ləğvi məsələsinə baxmağa söz vermişdi, amma heç nə edilməyib».


Türk millətini təhqir ittihamı ilə indiyədək yüzdən çox türk jurnalisti və yazıçısı, o cümlədən vaxtilə Nobel Mükafatı laureatı Orhan Pamuk həbs olunub.


Günün bütün mövzuları

XS
SM
MD
LG