Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:02

Çində «Ümummilli Avtomobilsiz Gün» keçirilir


Sentyabrın 22-də Çində havanın çirklənməsi və şəhərdə avtomobil tıxacları ilə mübarizə üçün «Ümummilli Avtomobilsiz Gün» keçirilir


Pekin və ölkənin daha yüz iri şəhərində bəzi rayonlar həmin gün piyada zonaları elan olunub. Hökumət sürücüləri avtomobillə səyahətlərdən imtina etməyə çağırıb.


Beynəlxalq Olimpiya Komitəsi yaxınlarda bəyan edib ki, 2008-ci ildə Yay Olimpiya Oyunlarının keçəcəyi Pekinin rəhbərliyi havanın çirklənməsinə qarşı mübarizə tədbirləri həyata keçirməlidir.


XS
SM
MD
LG