Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:15

Fidel Kastronu son bir neçə ayda ilk dəfə televiziyada göstəriblər


Kuba televiziyası sentyabrın 21-i axşam ölkə prezidenti Fidel Kastro ilə müsahibəni göstərib. O, bir ildən çoxdur ki, səhhəti ilə əlaqədar işdən kənarlaşıb.


81 yaşlı Kastro səhhətinin son həftələr kəskin pisləşməsi haqda yaranan şayiələri təkzib edib. Amma onun səsi zəif olub və böyük fasilələrlə danışıb. Təxminən bir saat davam edən müsahibənin böyük hissəsi beynəlxalq problemlərə həsr olunub.


2006-cı ilin yayında Fidel Kastro mədəsində ağır əməliyyat keçirib. O vaxtdan ölkə başçısının səlahiyyətlərini onun qardaşı Raul icra edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG