Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:36

Rüşvəti nə yaradır?


«Rüşvətlə mübarizə üçün dövlət sərt qanunlar mərhələsini keçməlidir»
«Rüşvətlə mübarizə üçün dövlət sərt qanunlar mərhələsini keçməlidir»
«14-24» verilişində bu dəfə rüşvət problemi müzakirə olunur. Verilişin qonaqları «Dalğa» Gənclər Təşkilatının keçmiş sədri, «Təhsildə rüşvətə qarşı» kampaniyasının aparıcılarından biri Ramin Hacılı və gənc bəstəkar Firudin Allahverdidir.

Ramin Hacılı düşünür ki, gənclərin rüşvət verməsinin bir çox səbəbləri var: «Mən o fikrin qəti əleyhinəyəm ki, hər şey Azərbaycan gəncindən, tələbəsindən asılıdır. Şüurları dəyişək deyəndə, biz düşünməliyik ki, hansı şüurları dəyişirik, hansı tərəfə dəyişirik, nəyi dəyişirik. Bu istiqamətdə dövlətin, ümumiyyətlə, sistemin üzərinə böyük məsuliyyət düşür».


Bəstəkar Firudin Allahverdi isə deyir ki, cəmiyyətdə total rüşvətxorluğun mövcudluğu qanunların işləməməsindən irəli gəlir: «Əgər qanunlar işləmirsə, deməli, dövlət işləmir. Əgər dövlət işləmirsə, deməli, dövlət yoxdur». Onun sözlərinə görə, Azərbaycan dövlətinin vətəndaşların qarşısında çox böyük günahları var.


Ramin Hacılının fikrincə isə, rüşvətlə mübarizə üçün dövlət sərt qanunlar mərhələsini keçməlidir.


Firudin Allahverdi isə bildirir ki, gənclərin rüşvətdən uzaq durması müəllimlərdən asılıdır: «Mən tələbələrdə çox az günah görürəm. Müəllim insan yetişdirir. Tələbənin yetişməyində valideynlərdən daha çox onun müəllimləri məsuliyyət daşıyırlar. Düşünürəm ki, əgər bu müəllim savadlı olsa, özü rüşvətxorluğun pis bir şey olduğunu, gələcək üçün təhlükə yaratdığını görər».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG