Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:55

Arabula hökmün oxunması sentyabrın 24-nə qaldı


Türkiyəli iş adamı haqda başqa yerə getməmək haqqında iltizam - qətimkan tədbiri seçilib

Türkiyəli iş adamı haqda başqa yerə getməmək haqqında iltizam - qətimkan tədbiri seçilib

Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmə «Barmek» prezidenti Hüseyn Arabula və daha 6 nəfərə hökm oxunmasını sentyabrın 24-dək təxirə salıb.


Proses sentyabrın 21-i saat 11.00-a qədər təxirə salınmışdı. Saat 11-də iştirakçılar məhkəmə zalına buraxılsa da, proses baş tutmadı. Saat 12.50-də məhkəmənin saat 14.00-a keçirildiyi xəbər verildi. Saat 14-də isə iştirakçılar zala buraxılmadılar. Onlar məhkəmə binası qarşısında saat 18-00-ə qədər gözləməli oldular. Saat 17:00-da Arabul etiraz əlaməti olaraq məhkəmə binasını tərk etdi. Saat 18.00-də isə prosesin sentyabrın 24-ü saat 11.00-a təyin edildiyi xəbər verildi.


Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədən prosesin hansı səbəbdən təxirə salınması ilə bağlı heç bir açıqlama verilmir.


Dövlət itthamçısı Abdulla Yusifov avqustun 29-da məhkəmədə çıxış ecdərək Hüseyn Arabulun 8 il azadlıqdan məhrum edilməsini istəyib.


Türkiyəli iş adamı Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli bilinir və barəsində Azərbaycandan başqa yerə getməmək haqqında iltizam - qətimkan tədbiri seçilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG