Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:09

Araz Əzimov həmsədrləri tənqid etdi


«Azərbaycan əlavə vasitəçi axtarmır»

«Azərbaycan əlavə vasitəçi axtarmır»

«Minsk Qrupunun həmsədrləri öz işləri ilə məşğul olmaqdansa, bizi izləyirlər. Həmsədrlər belə etməklə bizi məcbur edirlər ki, onlar haqqında fikirləşək». Xarici İşlər nazirinin müavini Araz Əzimov jurnalistlərə belə deyib.


BMT-də dondurulmuş münaqişələrlə bağlı müzakirələrə münasibət bildirən Əzimov deyib ki, Azərbaycan əlavə vasitəçi axtarmır. Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüş ehtimalına gəlincə, Araz Əzimov bildirib ki, əgər Vartan Oskanyan müzakirələrin gedişinə müsbət təsir edə bildiyini sübut etsə və nazir Məmmədyarov onunla görüşməyi lazım bilsə, nazirlər görüşə bilərlər.


Gələn həftə BMT Baş Assambleyasının sessiyasında GUAM ərazisində dondurulmuş münaqişələrlə bağlı müzakirə planlaşdırılır. Nazir Elmar Məmmədyarov sessiyanın iclasına qatılacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG