Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:09

ARDNŞ-in yeni binasının tikinti layihəsi başa çatıb


37 mərtəbəli ofisin sahəsi 59 min 102 kv. m. hündürlüyü isə 149,4 m. olacaq

37 mərtəbəli ofisin sahəsi 59 min 102 kv. m. hündürlüyü isə 149,4 m. olacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) yeni ofisinin tikinti layihəsi başa çatıb. Bu barədə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib.


Onun sözlərinə görə, artıq 2007-ci ilin sonunda sahəsi 59 min 102 kv. m. və hündürlüyü 149,4 m. olan 37 mərtəbəli (2 mərtəbə - yeraltı) binaların tikinti işləri başlanacaq. Tikinti işlərini Cənubi Koreyanın Heerim Architects & Planners Co. Ltd. şirkəti həyata keçirəcəkdir. Korpusun istismara verilməsi 2010-cu ilə nəzərdə tutulur.


Binada bir neçə konfrans zalı, qonaq evi, kompakt sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, avtonom texniki meydançalar və hətta kompakt idman tikililər olacaq. Orada 2 minə yaxın işçi çalışacaq.


ARDNŞ-in yeni ofisi tikintisi məqsədilə artıq Heydər Əliyev prospektində torpaq sahəsi ayrılıb.


Turan


Günün bütün mövzuları

XS
SM
MD
LG