Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:09

«Təhsil haqqında» qanun layihəsi müzakirəyə çıxarılmaq üçün hazırdır


«Təhsil haqqında» qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılmaq üçün hazırdır.


Parlament sədrinin birinci müavini Ziyafət Əsgərovun sözlərinə görə, indiyə qədər bu qanundan yararlanacaq təhsil qurumları arasında ümumi konsensus olmadığından qanun qəbul edilə bilmirdi. «Artıq belə bir konsensus var və payız sessiyasında layihə millət vəkillərinin müzakirəsinə verilə bilər».


Parlamentin payız sessiyasında «İnvestisiya fəaliyyəti», «Rəqabət Məcəlləsi», «Məişət zorakılığı», «Sülhyaratma əməliyyatlarında iştirak edən hərbi qulluqçuların statusu» haqqında və s. qanun layihələrinin müzakirəyə çıxarılması nəzərdə tutulur.
XS
SM
MD
LG